Ermənistanda Karapetyanın tərəfdarları saxlnanılıb | VİDEO

   Ermənistanda Karapetyanın tərəfdarları saxlnanılıb    | VİDEO
  08 İyul 2025    Oxunub:1178
İrəvanda erməni əsilli rusiyalı sahibkar, “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın tərəfdarları saxlanılıb.
AzVision.az xəbər verir ki, Karapetyanın vəkili Lusine Martirosyanın sözlərinə görə, səhər saatlarında həm Samvel Karapetyana məxsus “Ermənistanın Elektrik Şəbəkələri (EEŞ)” şirkətinin əməkdaşlarının mənzillərində, həm də istintaq orqanının məlumatına görə, iyulun 4-də iş adamına dəstək məqsədilə keçirilən görüşdə iştirak edən müxtəlif vətəndaşların evlərində genişmiqyaslı axtarışlar aparılıb.

“Axtarışlardan sonra saxlanılan şəxslər istintaq şöbəsinə aparılıb. Hazırda məndə on məhbus haqqında məlumat var. Səhər saatlarında hüquq müdafiəçiləri Ermənistan İstintaq Komitəsinin şəhər idarəsinin binasına gəliblər, lakin onların prosessual hərəkətlərdə iştirakına icazə verilmir”, - vəkil vurğulayıb.

Kazinyan: “Paşinyanla sövdələşmə olmayacaq”
Bundan əvvəl biznesmenin vəkillərindən biri Armen Feroyan bildirmişdi ki, Karapetyan Ermənistanda hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur və hakimiyyət onu həbs etmək istəyir. İş adamının evinin yaxınlığında 50-dən çox adamın saxlanıldığı da məlum olub.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan ilə Erməni Apostol kilsəsi (EAK) araısnda yaşanan gərginliklə bağlı Samvel Karapetyan hər zaman erməni kilsəsinin tərəfində olduğunu və “kilsəyə qarşı kampaniyaya öz yolu ilə müdaxilə edəcəyini” bəyan edib. Onun bu iddiasına cavab verən Nikol Paşinyan sosial şəbəkədə hakimiyyətin biznesmeni “yenidən və həmişəlik“deaktiv edəcəyini” yazıb. Bundan sonra isə Karapetyana qarşı tədbirlərin görülməsinə və axtarışlara başlanıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ermənistan   Karaprtyan   həbslər  



Xəbər lenti